
BAKI, 21 mart. TELEQRAF
Bakının Nəsimi rayonunda soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Nəsimi rayonunda bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı H.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.