BAKI, 21 mart. TELEQRAF

ARAR Fondu Ermənistanda müxtəlif mövzularla bağlı ölkə vətəndaşları arasında sorğu aparıb.

Teleqraf xəbər verir ki, sorğu 1-28 fevral tarixləri arasında telefon vasitəsilə 1105 nəfər arasında keçirilib.

Anketdə iştirak edənlərə ünvanlanan suallardan biri belə olub: “Ermənistan yeni müharibəyə hazırdırmı?”

Respondentlərin əksəriyyəti Ermənistanın Azərbaycanla yeni müharibəyə hazır olmadığını bildirib.

“Bir il əvvəl – 2024-cü ildə 21 faiz “bəli, hazırdır” cavabını verərkən, 63,5 faiz “xeyr” demişdi. Bu il isə 75 faiz Ermənistanın yeni müharibəyə hazır olmadığını bildirib, yenə də 21 faiz hazır olduğunu düşünür”, - fondun hesabatında deyilir.

Həmçinin ARAR qeyd edir ki, son illərdə cəmiyyət arasında Ermənistan ordusuna etimad səviyyəsi xeyli aşağı düşüb:

“Cəmiyyətin 15,7 faizi Ermənistan Silahlı Qüvvələrinə güvənmir. Həmişə respondentlər arasında Ermənistan silahlı qüvvələrindən məmnunluq yüksək olsa da, son bir neçə ildə davamlı azalma qeydə alınır”.