
BAKI, 21 mart. TELEQRAF
Çexiya Prezidenti Petr Pavel cümə axşamı Odessaya səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə "STK" agentliyi dövlət başçısının administrasiyasına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Pavel Ukrayna Baş nazirinin müavini Aleksiy Kuleba ilə görüşüb. Onlar Rusiya-Ukrayna münaqişəsi zonasındakı vəziyyəti, eləcə də ölkənin müharibədən sonrakı bərpasını müzakirə ediblər.