TBİLİSİ, 21 mart. TELEQRAF

“Gözəl bahar bayramı olan Novruz çoxdan Gürcüstanın çoxmillətli mədəniyyətinin bir hissəsinə çevrilib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze feysbuk səhifəsində yazıb.

O, Novruzu qeyd edənlərə bayram münasibətilə təbriklərini çatdırıb:

“Qoy bu bayram xoş dəyişikliklər, yenilənmə, sülh və firavanlıq gətirsin!”.