BAKI, 21 mart. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurası katibi Sergey Şoyqunun Şimali Koreyaya səfəri başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Şoyqunun Şimali Koreya lideri Kim Çen In və ölkənin digər rəsmiləri ilə görüşü planlaşdırılır.