BAKI, 21 mart. TELEQRAF

Yəməndəki Ənsarulah (Husilər) üsyançı hərəkatı İsrailin Tel-Əviv şəhərinin cənubunda yerləşən hərbi hədəfə "Fələstin-2" ballistik raketi atıblar.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya özünün "Telegram" kanalında məlumat yayıb.

“Fələstin 2”raketi öz məqsədinə uğurla nail oldu”, - məlumatda deyilir.