BAKI, 21 mart. TELEQRAF

Türk lirəsi son iki ilin ən pis həftəsini başa vurur. Bakı vaxtı ilə 10:52-yə olan məlumata görə, dollar lirəyə qarşı 0,50% bahalaşaraq 38,0134 lirəyə yüksəlib. Həftənin əvvəlindən itkilər 3,7% təşkil edib. Bu, 2023-cü ilin iyunundan bəri ən böyük həftəlik enişdir.

Bildirilir ki, Türkiyədə siyasi proseslər investorları çaşdırıb. Mərkəzi Bank vəziyyəti stabilləşdirmək, lirənin məzənnəsini dəstəkləmək məqsədilə banklar vasitəsilə 9 milyard dollar satıb, eləcə də siyasət faizini artırıb. "Goldman Sachs"ın iqtisadçıları hesab edir ki, tənzimləyicinin bu addım lirə üzrə depozitlərin xaricə axınının qarşısını almaq məqsədi daşıyıb. Mərkəzi Bankın addımları ofşor lirə bazarına nisbi sabitlik gətirib. Belə ki, həftənin əvvəlində 175%-ə yüksəldikdən sonra cümə günü səhər saatlarında türk valyutası ilə borclanmanın dəyəri 54%-ə düşüb.

Bundan əlavə İstanbul birjasında BITS 100 indeksinin 0,5%, səhmlərin 8,7% ucuzlaşması Türkiyə səhmlərinin bazar dəyərini təxminən 10 milyard dollar itirməsinə səbəb olub.

Qeyd edək ki, bu gün səhər saatlarına yüz şirkətin bazar dəyərini əks etdirən BITS indeksi 5,2% dəyər itirib.