BAKI, 21 mart. TELEQRAF

Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 88 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bələdiyyənin komissiya sədri Ertan Yıldız da saxlanılıb.

Yıldızın İstanbulda ticarət mərkəzlərindən birindən 5 milyon avro rüşvət istədiyi, ticarət mərkəzi rəhbərliyinin rüşvəti vermədiyi üçün 197 milyon lirə cərimə kəsdiyi iddia olunur.

Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsinin 100-dən çox əməkdaşına qarşı terror təşkilatına yardım və korrupsiya ittihamları ilə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. İstintaq çərçivəsində saxlanılanlar arasında bələdiyyə sədri Əkrəm İmamoğlu da var.