
BAKI, 21 mart. TELEQRAF
Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq məsləhətləşmələrin gündəliyi açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Senatının üzvü Qriqoriy Karasin açıqlama verib.
"Biz ABŞ nümayəndələri ilə Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasındakı danışıqlardan, o cümlədən, xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun həmkarları ilə Ər-Riyaddakı görüşlərindən irəli gələn məsələləri müzakirə edəcəyik", - Karasin bildirib.
Senat üzvünün sözlərinə görə, nümayəndə heyəti konstruktiv və qətiyyətli əhval-ruhiyyəyə sahibdir.
Qeyd edək ki, Rusiya və ABŞ arasında Ukrayna üzrə məsləhətləşmələr martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.