
BAKI, 21 mart. TELEQRAF
Prezident Emmanuel Makronun Ukraynaya “Mirage 2000” qırıcıları tədarük etmək qərarı Fransanın müdafiə qabiliyyətini zəiflədib.
Teleqraf xəbər verir ki, bu barədə fransalı aviasiya eksperti, geosiyasət və strategiya sahəsində analitik Siril de Lattre danışıb.
Ekspert bunu Makronun böyük səhvi kimi qiymətləndirib.
"Makron Fransa Aerokosmik Qüvvələrini tərksilah etməklə pis bir planı həyata keçirdi, bu, əsl xəyanətdir. Çünki Ukraynaya təhvil verilən “2000-5F”lər Fransanın şərqində yerləşən və ölkənin hava məkanının qorunmasına cavabdeh olan qırıcı qrupunun tərkibində xidmət edirdi. Bu, Fransa ordusunun döyüş qabiliyyətinə birbaşa təsir göstərib”, - analitik bildirib
Onun sözlərinə görə,”Mirage 2000-5F” xüsusi avadanlıqla təchiz edilib və əsasən hava məkanının müdafiəsi üçün nəzərdə tutulub.