BAKI, 21 mart. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı fələstinlilərlə danışıqları qəsdən təxirə salır və öz siyasi məqsədləri üçün istənilən razılaşmanı pozmağa çalışır.

Teleqraf xəbər verir ki, bu açıqlama ilə Fələstinin radikal HƏMAS hərəkatı çıxış edib.

Qeyd olunub ki, İsrail baş nazirinin bu cür hərəkətləri onun Qəzza ilə bağlı hər hansı razılaşmanın əldə olunması prosesində qeyri-ciddi münasibətini və məsuliyyətsizliyini ortaya qoyur.

HƏMAS, həmçinin ABŞ-ni müqavilələri yerinə yetirməməkdə hərəkatı günahlandırmağı dayandırmağa, dialoqun pozulmasına və bunun nəticəsində israilli girovlar və onların ailələrinin iztirablarına görə Netanyahunu birbaşa məhkəməyə verməyə çağırıb.

Əlavə olaraq bildirilib ki, israilli girovları azad etməyin yeganə yolu Qəzza zolağında təcavüzü dayandırmaq, danışıqları bərpa etmək və siyasi manevrlər olmadan razılaşmaları həyata keçirməkdir.