
BAKI, 21 mart. TELEQRAF
Malayziyada güclü daşqınlar səbəbindən 12 285 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Bernama” informasiya agentliyi məlumat yayıb.
Təbii fəlakət ən çox Cohor ştatına təsir edib, burada 10 763 sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Sabah ştatında 1 248 nəfər, Saravakda isə 274 sakin təxliyə edilib.
Zərərçəkənlər üçün 100-dən çox müvəqqəti sığınacaq mərkəzi təşkil olunub.
Qeyd edək ki, Malayziyanı cənginə alan daşqınların 2024-cü ildə ölkəyə vurduğu ziyanın miqdarı təxminən 215 milyon dollar təşkil edib ki.