
BAKI, 21 mart. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovu 75 illik yubileyi münasibətilə təbrik edib və onu Rusiya diplomatiyasının simvolu adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Lukaşenko qeyd edib ki, Belarus Lavrovun ölkəyə dost münasibətini və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirir.