BAKI, 21 mart. TELEQRAF

İran xalqına zərər vuran hər kəsə “ağır şillə” ilə cavab veriləcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ-yə xəbərdarlıq edən İranın ali lideri Ayətullah Əli Xameneyi bildirib.

Onun sözlərinə görə, İran heç vaxt münaqişəyə başlamaq niyyətində olmayıb, lakin ölkəyə zərər vermək istəyənlər sərt cavab alacaqlar.

“Onlar (amerikalılar) bilməlidirlər ki, biz heç vaxt qarşıdurmaya başlamamışıq, lakin İrana zərər verən hər kəs ağır bir şillə ilə üzləşəcək”, - deyə Xameneyi vurğulayıb.

Ayətullah Əli Xameneyinin çıxışı ali liderin rəsmi saytı vasitəsilə yayımlanıb.