
BAKI, 21 mart. TELEQRAF
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ən yaxşı performans göstərən 20 yaşadək futbolçuların adlarını açıqlayıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya “Barselona” və İspaniya milli komandasının futbolçusu Lamin Yamal başçılıq edir. Türkiyə yığmasının üzvü Kenan Yıldız 5-ci, Can Uzun isə 8-cidir.
TOP-10:
1. Lamin Yamal (“Barselona”, İspaniya)
2. Konrad Harder (“Sportinq”, Danimarka)
3. Dezire Due (PSJ, Fransa)
4. Pau Kubarsi (“Barselona”, İspaniya)
5. Kenan Yıldız (“Yuventus”, Türkiyə)
6. Din Höysen (“Bornmut”, İspaniya)
7. Martim Fernandeş (“Portu”, Portuqaliya)
8. Estevan Villian (“Palmeyras”, Braziliya)
9. Can Uzun (“Ayntraxt Frankfurt”, Türkiyə)
10. Jeovani Kenda (“Sportinq”, Portuqaliya).
Qeyd edək ki, siyahıya cari mövsüm öz klublarının heyətində yerli çempionatda ən azı 360 dəqiqə oynayan futbolçular daxil edilib.