BAKI, 21 mart. TELEQRAF

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Koreyanın Səsi" radiostansiyası məlumat yayıb.

Raketin hərtərəfli döyüş qabiliyyətini yoxlamaq məqsədi daşıyan buraxılış martın 20-də baş tutub. Buraxılışı KXDR-in Raket İstehsalı Baş İdarəsi həyata keçirib.

Silah sınaqlarında KXDR lideri Kim Çen In və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Hərbi Komitəsinin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Yeni model artıq istehsala buraxılıb.