.jpg)
BAKI, 20 mart. TELEQRAF
"Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri martın 24-də Səudiyyə Ərəbistanında baş tutacaq ABŞ ilə məsləhətləşmələrdə nümayəndə heyətinin tərkibində olmayacaqlar".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ arasında Ukrayna üzrə danışıqların yeni raundu planlaşdırılır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya nümayəndə heyətinə senator Qriqori Karasin və FSB direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək. Karasin görüşün nəticələri barədə hökumətə və ictimaiyyətə məlumat verəcək.