
BAKI, 21 mart. TELEQRAF
Londonun Hitrou hava limanının müvəqqəti bağlanması 1351 reysə mənfi təsir edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Flightradar” trekinq xidməti məlumat yayıb.
Böyük Britaniya Milli Dəmiryolu Assosiasiya şirkətindən bildirilib ki, vəziyyətlə əlaqədar Hitrou hava limanında qatarların hər iki istiqamətdə faəliyyəti dayandırılıb.
Aeroport isə yerli vaxtla gecə saat 12-dək bağlı qalacaq.
Xatırladaq ki, Hitrou hava limanının bağlanmasına səbəb yaxınlıqda yerləşən elektrik yarımstansiyasındakı güclü yanğın olub.
Bura Böyük Britaniyanın ən böyük hava limanı və Avropanın ən işlək aeroportudur.
İllik 80 milyondan çox sərnişinə xidmət edən liman “British Airways” və “Virgin Atlantic” üçün əsas nəqliyyat mərkəzidir.