BAKI, 21 mart. TELEQRAF

Ermənistan hökumətinin qərarı ilə Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi 10 günlük açılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, sərhəd martın 21-dən 31-dək açıq olacaq.

“Bu gün martın 21-i səhər saatlarında beynəlxalq yükdaşıma şirkətlərindən birinin 4 yük maşını Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsinə doğru yola düşüb və oradan Suriyaya yollanıb. Humanitar yardıma qida, dərman, gigiyena vasitələri, eləcə də digər əsas tələbat malları daxildir”, - məlumatda deyilir.

Ermənistan tərəfinin dünən verdiyi rəsmi açıqlamaya görə, sərhədin müvəqqəti açılmasında məqsəd Türkiyə ərazisindən Suriyaya humanitar yük göndərməkdir.