TBİLİSİ, 21 mart. TELEQRAF

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili, Baş naziri İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili azərbaycanlıların sıx yaşadıqları Marneuliyə səfər ediblər.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onlar Novruz bayramı münasibətilə keçirilən tədbirlərə qatılıblar.

Marneulinin mərkəzində təşkil olunmuş bayram şənliklərində yerli idarəetmə orqanlarının nümayəndələri də iştirak edirlər.

Rəsmi şəxslər müxtəlif guşələrə baş çəkiblər, soydaşlarımızı bayram münasibətilə təbrik ediblər.