BAKI, 21 mart. TELEQRAF

ABŞ və Avropa "Ənsar Allah" (husilər) hərəkatını İranın proksi qüvvəsi adlandırmaqda səhvə yol verirlər.

Teleqraf xəbər verir ki, bu fikirləri İranın ali lideri Ayətullah Əli Xameneyi səsləndirib.

Onun sözlərinə görə, İranın bölgədə proksi qüvvələrə ehtiyacı yoxdur və Yəmən xalqının öz müstəqil motivasiyası var.

"ABŞ və Avropa siyasətçiləri bölgədəki müqavimət ocaqlarını İranın proksi qüvvələri adlandırmaqda böyük səhvə yol verirlər. Yəmən xalqının öz motivasiyası var. Bölgədə müqavimət qüvvələrinin hər birinin öz məqsədləri mövcuddur. İranın proksi qüvvələrə ehtiyacı yoxdur" - Xameneyi vurğulayıb. Çıxışın rəsmi yayımı İranın ali liderinin rəsmi saytında həyata keçirilib.