
BAKI, 21 mart. TELEQRAF
Bakıda avtomobil və motosiklet qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Suraxanı rayonu ərazisində bir nəfərin “Khazar” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Qayıbov müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Nizami rayonunda da motosiklet qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.