BAKI, 21 mart. TELEQRAF

Bakının Sabunçu rayonunda yanğın olub.

Fövqəldadə Hallar nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.