BAKI, 21 mart. TELEQRAF

"Avropa İttifaqı Ukrayna münaqişəsini qəsdən uzadır, üzv dövlətlərin suverenliyini pozur və Macarıstanın baş naziri Viktor Orbanın sülh təşəbbüslərinə məhəl qoymur".

Teleqraf xəbər verir ki, bunu Avstriya Azadlıq Partiyasının (FPÖ) Avropa Parlamentindəki nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin deputatı Harald Vilimski bildirib.

“Aİ Macarıstandan yan keçərək birliyin bütün üzvlərinə təsir edən və onların suverenliyini kobud şəkildə pozan qərarlar qəbul edir. Macar baş nazir sülh tərəfdarı olsa da və xalqının maraqlarını müdafiə etsə də, böyük təzyiq altındadır. Brüssel elə davranır ki, sanki Macarıstan yoxdur”, - Vilimski bildirib.

Siyasətçi vurğulayıb ki, bu cür hərəkətlər Aİ-nin nizamlanmaya aparan diplomatik yollardan imtina edərək, nəyin bahasına olursa-olsun müharibəni uzatmağa hazır olduğunu sübut edir.