BAKI, 21 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron martın 27-də Parisdə Ukrayna ilə bağlı sammitin keçiriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.

O, görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyini vurğulayıb.

Makron bildirib ki, sammitdə məqsəd Kiyevə qısamüddətli dəstəklə bağlı öhdəliklərin və daha konkret hədəflərin təsdiqlənməsini təmin etməkdir.