
BAKI, 20 mart. TELEQRAF
İranda Novruz bayramı öncəsi yollarda müşahidə olunan sıxlıq qəzalara səbəb olub.
Teleqraf IRNA-ya istinadən xəbər verir ki, İran yol polisi bayram öncəsi baş verən qəzalarda 132 nəfərin öldüyünü, 4 min nəfərin isə yaralandığını bəyan edib.
Qəzaların əksəriyyətinin sürücülərin yorğunluğu, diqqətsizliyi və avtomobillərin istifadəyə yararsızlığı üzündən baş verdiyi qeyd olunub.
Hicri-şəms təqviminə görə, 21 Mart İranda yeni ilin başlanğıc günü hesab olunur. Bayram günlərində İranın avtomobil yollarında hər il sıxlıq müşahidə olunur.