BAKI, 12 mart. TELEQRAF

Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.

AFFA-nın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, qarşılaşmalar müvafiq olaraq, Türkiyə və Gürcüstandan olan referilərə həvalə olunub.

Hər iki matç saat 21:45-də başlayacaq.

22 mart: Azərbaycan - Haiti

Baş hakim: Kadir Sağlam (Türkiyə)

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)

Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

25 mart: Azərbaycan - Belarus

Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)

Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

“Bank Respublika Arena”.