BAKI, 10 mart. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Aleksandr Turçini ökənin baş naziri təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə “BELTA” xəbər agentliyi məlumat yayıb.

Turçin daha əvvəl Minsk Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Belarus Konstitusiyasına görə, Baş nazir Nümayəndələr Palatasının razılığı ilə prezident tərəfindən təyin edilir.

Ölkənin keçmiş baş naziri Roman Qolovçenko isə Milli Bankın yeni rəhbəri təyin olunub.