
BAKI, 10 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Səudiyyə Ərəbistanında Vaşinqton rəsmiləri ilə Ukrayna nümayəndələri arasında keçiriləcək danışıqlardan yaxşı nəticələr gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Qeyd edək ki, ABŞ rəsmiləri martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə görüşəcək. Bu görüşün məqsədi Ukraynanın sülh müqabilində Rusiyaya güzəştlər etməyə hazır olub-olmamasını müəyyənləşdirməkdir.