
BAKI, 10 mart. TELEQRAF
Almaniyanın 13 hava limanında 24 saatlıq tətil başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi həmkarlar ittifaqının nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, tətillər 10 mart bazar ertəsi saat 00:00-da (Bakı vaxtı ilə 03:00) başlayıb və saat 23:59-a qədər (Bakı vaxtı ilə çərşənbə axşamı 02:59) davam edəcək.
Berlin, Bremen, Hamburq, Hannover, Dortmund, Düsseldorf, Münhen, Ştutqart, Frankfurt am Mayn, Köln/Bonn və Leypsiq/Halle hava limanlarında tətillər keçirilir. Nəticədə Almaniyanın böyük hissəsində hava nəqliyyatı iflic vəziyyətə düşüb.
ADV assosiasiyasının ilkin hesablamalarına görə, tətillər səbəbindən 3400-dən çox reysin ləğv ediləcəyi və təxminən 510 min sərnişinin planlarının pozulacağı gözlənilir.