BAKI, 10 mart. TELEQRAF

Rusiya hökuməti martın 30-a qədər xüsusi hərbi əməliyyatda iştirak edən bütün şəxslərin döyüş veteranı kimi tanınmasını təmin etməlidir.

Teleqraf-ın xəbərinə görə, bu tapşırığı Rusiya Prezidenti Vladimir Putin verib.

Hökumət Ukraynada döyüşlərə qatılan bütün şəxslərin müharibə veteranı kimi tanınması üçün müvafiq qaydaları qanunvericiliyə salmalıdır.