
BAKI, 10 mart. TELEQRAF
Qrenlandiyada martın 11-də keçiriləcək parlament seçkisi adanın tarixi üçün ən əhəmiyyətli seçki olacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məqaləyə görə hakimiyyətə gələn partiya Qrenlandiyanın müstəqillik referendumuna qərar verəcək. Qrenlandiyanın əsas partiyaları müstəqilliyi dəstəkləyirlər.
Qeyd edək ki, Qrenlandiya rəsmi olaraq Danimarkanın tərkibində olan muxtar ərazidir. Qrenlandiya öz daxili işlərini müstəqil şəkildə idarə etsə də, xarici işlər və müdafiə məsələlərində Danimarkadan asılıdır. 2009-cu ildə Danimarka ilə bağlanan saziş Qrenlandiyaya müstəqillik hüququ verir. Lakin müstəqilliyin əldə olunması üçün referendum keçirilməlidir.