BAKI, 10 mart. TELEQRAF

Yaxın Şərqdə rejim dəyişiklikləri xaosla nəticələnir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin süni intellekt və kriptovalyuta işləri üzrə rəsmisi David Saks sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, sözügedən regionda müşahidə olunanlar qarışıqlığa və vətəndaş müharibələrinə səbəb olur.

"İraqın keçmiş prezidenti Səddam Hüseynin, Liviyanın sabiq dövlət başçısı Müəmmər Qəddafinin və Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsi bizə nə verdi? Xaos, vətəndaş müharibəsi, soyqırım", - paylaşımda qeyd edilib.

Saks bildirib ki, Yaxın Şərqdə bu cür dəyişikliklər gözlənilənin əksinə vəziyyəti daha da pisləşdirir.