
BAKI, 10 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Konqresin həftənin sonuna qədər "hökuməti müvəqqəti maliyyələşdirmə" qanun layihəsini razılaşdıra bilməyəcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə söhbəti zamanı danışıb.
“Bu, baş verə bilər. Demokratlar bunu istəyir. Onlar ölkəni məhv etmək istəyirlər... Demokratlar nəzarətdən çıxıb”, - o deyib.
Eyni zamanda Tramp qanun layihəsinin qəbul ediləcəyinə ümid etdiyini bildirib.