
BAKI, 10 mart. TELEQRAF
Qazaxıstanın Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Türkistan vilayətində dini radikal qrupun üzvlərini həbs ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Şübhəlilər radikal dini inanc əsasında birləşərək sosial şəbəkələrdə başqa dini mənsubiyyətə malik vətəndaşların ləyaqətini alçaldan və dini hisslərini təhqir edən paylaşım ediblər. Şübhəlilərin yaşadıqları və işlədikləri yerlərdə aparılan axtarışlar nəticəsində 20-dən çox radikal dini ədəbiyyat, narkotik maddələr, qanunsuz saxlanılan silah və patronlar eləcə də digər maddi sübutlar aşkar edilib. Qrupun liderləri məhkəmənin qərarı ilə həbs edilib", - məlumatda bildirilir.