
BAKI, 10 mart. TELEQRAF
Söz verdiyim kimi, ölkəni yeni nəsil idarə edir.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Baş nazir və nazirlərdən başlayaraq, hökumətin tərkibinə baxın. Görəcəksiniz ki, mən sözümü tutmuşam. Tamamilə yeni insanlar gəliblər. Dərhal yox, tədricən. Seçkilərdən əvvəl onların bəzilərini hökumətin tərkibinə daxil etmişik”, - prezident qeyd edib.
Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir.
Belarusda sonuncu prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçirilib. Lukaşenko 86,82 faiz səslə növbəti dəfə seçkilərdə qalib gəlib.