BAKI, 10 mart. TELEQRAF

Qəzza zolağına elektrik enerjisinin kəsilməsi Fələstin xalqına qarşı soyqırımıdır.

Teleqraf xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese deyib.

O həmçinin qeyd edib ki, İsrailə qarşı sanksiyaların olmaması və bu ölkəyə silah tədarükünə embarqonun qoyulmaması soyqırıma yardım deməkdir.