BAKI, 10 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ nümayəndə heyəti ilə görüşmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.

Teleqraf xəbər verir ki, səfərin əsas məqsədi iki ölkə arasında cari münasibətlər və Ukraynada sülhün əldə olunmasıdır.

ABŞ nümayəndə heyətini bu görüşdə Dövlət Katibi Marko Rubio və Prezident Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uols təmsil edəcək.