
BAKI, 10 mart. TELEQRAF
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi beynəlxalq yük və sərnişin daşımalarının təşkili çərçivəsində xarici ölkə vətəndaşlarının qonaqlama xərcləri üçün müxtəlif növ xidmətlərin satınalınması ilə bağlı açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderdə qonaqlar üçün çay-kofe fasiləsi, nahar-şam yeməyi, Bakı şəhəri və ölkədaxili transfer xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 282 min 611 manatdır.
Müsabiqədə iştirak haqqı isə 350 AZN təşkil edir.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 10-dur. Zərflər də həmin gün açılacaq.