BAKI, 10 mart. TELEQRAF

Bu həftə Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında danışıqlar planlaşdırılmır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Rusiya və ABŞ arasında növbəti danışıqların bu həftə Səudiyyə Ərəbistanında keçiriləcəyi ilə bağlı heç bir məlumat yoxdur. Həmçinin ABŞ tərəfindən də bizə belə bir məlumat verilməyib”,- o qeyd edib.