
BAKI, 10 mart. TELEQRAF
ABŞ nadir torpaq metallarına dair razılaşma imzalansa belə, Ukraynaya hərbi yardımı bərpa etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" ABŞ-dəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
"ABŞ-nin Ukraynaya yardımı bərpa etməsi ilə bağlı heç bir söhbət aparılmır. ABŞ Prezidenti Donald Tramp Ukraynadan bəzi əlavə şərtlər tələb etməyi istəyir. Lakin hazırda bu şərtlər qeyri-müəyyən olaraq qalır", - məlumatda deyilir.
ABŞ-nin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq bundan yardımın bərpası qərarının nədən asılı olacağını bilmədiyini etiraf etmişdi.