
BAKI, 10 mart. TELEQRAF
Şimali Koreya ilk nüvə sualtı qayığını inşa edir.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Martın 8-də Şimali Koreya lideri Kim Çen In strateji gəmiqayırma zavodlarından birinə baş çəkib. O, sualtı qayığın inşa işlərinin gedişi ilə tanış olub.
Qeyd edilir ki, sualtı qayıq “strateji idarə olunan raketlərlə” silahlanacaq.