
GƏNCƏ, 10 mart. TELEQRAF
Bu gün saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib.
"Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunur".
***
16:24
Gəncədə 4 yaşlı uşaq xəstəxanada ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gəncə şəhər sakini 2021 ci il təvəllüdlü H. Hüseynov ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, uşağın ölümünə səbəb pnevmaniya xəstəliyi olub.
Faktla bağlı araşdırma aparılır.