BAKI, 10 mart. TELEQRAF

Finlandiyanın Tampere şəhərində 2023-cü ildə bağlanan keçmiş SSRİ-nin lideri Vladimir Leninin adını daşıyan muzey yeni ad və yeni sərgilərlə təzədən fəaliyyətə başlayıb.

Teleqraf “The Guardian”a istinadla xəbər verir ki, dəyişiklik Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra iki qonşu ölkə arasında münasibətlərin kəskin dəyişməsinə cavabdır.

Tamperedəki muzey bu ay “Nootti” adı ilə yenidən açılıb.

“Nootti” Finlandiya və Rusiya arasında tarixi diplomatik əlaqələri simvolizə edən fin dilində “diplomatik nota” anlamına gəlir.

Muzeyin əsası 1946-cı ildə, İkinci Dünya müharibəsindən sonrakı dostluğun simvolu kimi qoyulub. Muzeyin yeri kimi Tamperenin seçilməsi təsadüfi deyil, çünki Lenin və Stalin gənc kommunist liderlər kimi ilk dəfə burada görüşüb. Soyuq müharibə illərində də bura diplomatik görüş yerinə çevrilmişdi.

Yeni muzeyin eksponatları bu mövzuları əhatə edir: 1917-ci ildə Rusiya İmperiyasının süqutu və Finlandiyanın müstəqilliyi, sərhədin hər iki tərəfində vətəndaş müharibələri, stalinist terror zamanı sovet finlərinin taleyi, Qış müharibəsi (1939-1940), İkinci Dünya müharibəsində Finlandiyanın Hitlerlə ittifaqı, Soyuq müharibə dövrü, “Finlandiyalaşma” fenomeni (SSRİ-nin Finlandiya siyasətinə təsiri), ikitərəfli münasibətlər, mədəni əlaqələr, Finlandiyanın NATO üzvlüyünə hazırlığı və sair.