BAKI, 9 mart. TELEQRAF

İsrail qüvvələri 40 gündən artıqdır ki, Cenin şəhərində hərbi əməliyyatlar aparır. Əməliyyatlar zamanı bölgədəki üç qaçqın düşərgəsi tamamilə dağıdılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.

Bildirilib ki, son günlər İsrail ordusu Nablus bölgəsində hərbi fəallığı artırıb. Bölgədə İsrailin bir neçə qanunsuz yaşayış məntəqəsi yerləşir. Nablus və Tubas ətrafındakı kəndlərdə əməliyyatların intensivləşdiyi bildirilir.

İsrail ordusu İordan çayının qərb sahilində irəliləməyə davam edir. Hərbi komandanlıq əməliyyatların uzunmüddətli və genişmiqyaslı olacağını açıqlayıb.