
BAKI, 9 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı qolf meydançalarında asudə vaxt keçirməsi ölkəni xeyli ziyana salıb.
Teleqraf “HuffPost” nəşrinə istinadən xəbər verir ki, Tramp yanvarın 20-də Ağ Evə qayıtdıqdan sonra vergi ödəyicilərinə 18 milyon dollardan çox borc yarandığı bəlli olub. Hesablamalara görə, Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib.
Trampın qolf oynaması yüksək xərclər tələb edir. Prezidentin qorumasını təmin etmək üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb edilir.
Bildirilir ki, Trampın ilk prezidentlik dövründə qolf oyunları zamanı onun təhlükəsizliyini təmin etmək xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. İkinci dövr üçün xərclərin daha yüksək olacağı gözlənilir.