
BAKI, 9 mart. TELEQRAF
HƏMAS ABŞ-nin girov məsələləri üzrə nümayəndəsi Adam Böhlerlə Qəzzada atəşkəs razılaşması mövzusunda bir neçə görüş keçirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə HƏMAS liderinin siyasi müşaviri Taher Al-Nono "Reuters"ə məlumat verib.
Rəsmi Təl-Əviv isə Vaşinqtonun bu görüşlərdə İsrailin razılığı olmadan güzəştlər təklif etdiyini və HƏMAS-la ayrıca müzakirələr aparmasını tənqid edib.