BAKI, 3 mart. TELEQRAF

ABŞ Ukraynada yeni hakimiyyət qurulduqda nadir torpaq metallarına dair razılaşmanı imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib.

"ABŞ bu razılaşmada maraqlıdır. Hətta razılaşmanı Volodimir Zelenski imzalamasa da, Ukraynadan başqa birisi tapılacaq ki, bunu etsin. Tezliklə, bəlkə də dərhal olmasa da, müəyyən bir orqan və ya nümayəndə çıxacaq ki, bu cür razılaşmaları bağlamaq səlahiyyətinə sahib olacaq. Prezident Donald Tramp artıq bunu öz ölkəsinə vəd edib. Onun məntiqini başa düşürəm: o deyir ki, Ukraynaya milyardlarla dollar xərclənib və indi ABŞ bunun müqabilində nəsə almalıdır", - o qeyd edib.