
BAKI, 3 mart. TELEQRAF
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Məlumata görə, vitse-prezident İran parlamentinin iclasından sonra belə qərar verib. Həmin iclasda iqtisadiyyat və maliyyə naziri Abdulnaser Hemmati vəzifəsindən kənarlaşdırılıb.
Qeyd olunur ki, Prezident Məsud Pezeşkian hələlik Zərifin istefasını qəbul etməyib.