
BAKI, 3 mart. TELEQRAF
Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya "hələ çox var”.
Teleqraf xəbər verir ki, bu barədə Strana.ua saytı məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl jurnalistlərə açıqlama verib. O bildirib ki, hələlik, razılaşma istiqamətində heç bir addım atılmayıb.
Bundan əlavə, siyasətçi ABŞ ilə nadir faydalı qazıntılarla bağlı müqavilə imzalamağa hələ də hazır olduğunu bildirib. O , Kiyevin Vaşinqtonla konstruktiv münasibətləri bərpa edə biləcəyinə əminliyini ifadə edib.